13 aprel 2021 00:48
823

Naxçıvanın sənaye istehsalı artıb

2021-ci ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında (MR) sənaye istehsalının həcmi 257,037 milyon manat təşkil edib.

"İki sahil" xəbər verir ki, bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir. Bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1 faiz çoxdur. Qeyd edək ki, 2020-ci ildə Naxçıvan MR-da sənaye istehsalı 1,04 milyard manat olub.