13 aprel 2021 17:13
1119

İdmanın müsbət tərəfləri

Əgər hər gün yüksək əhval ruhiyyədə, enerjili və sağlam  həyat yaşamaq istəyirsinizsə həkimlərin sizə ilk məsləhəti idmanla məşğul olmaq olacaq.

İdmanla məşğul olmağın bizə nə kimi xeyirləri var? ABŞ-ın tanınmış alimlərinin apardığı uzunmüddətli araşdırmalarından sonra idmanın insan orqanizminə olan təsirlərinin ancaq müsbət yöndə olduğunu aşkarlamışdılar.

Beləliklə, sizə idmanın insan orqanizmi üçün olan müsbət tərəflərini təqdim edirik.

İdman əhvalı yüksəldir.Belə ki, idmandan sonra insan özünü əvvəlkindən daha yaxşı hiss edir. İdman narahatlığı və gərginliyi aradan qaldırır.

İdman xroniki xəstəliklərin qarşısını alır. Müntəzəm idmanla məşğul olmaq yüksək qan təzyiqini və qanda xolesterinin miqdarını nizamlayır.

İdman çəkinizi qorumağa kömək edir.Müntəzəm olaraq idmanla məşğul olan zaman insan kalori itirir ki, bu da artıq çəkilərdən xilas olmağa kömək edir.

 İdman ürəyin və ağ ciyərin funksiyasını gücləndirir.İdman vücudu oksigenlə tam təmin edir, qan dövranını artırır.

Həmçinin İdman yuxusuzluğu aradan qaldırır.

 Samirə Tağıyeva, "İki sahil"