14 aprel 2021 12:03
1110

Dolları ən ucuz hansı bankdan almaq olar?

ABŞ dollarının Azərbaycan manatına qarşı məzənnəsinin xeyli müddətdir ki, sabit qalması fonunda əksər bankların nağd valyuta satış qiyməti eyni olsa da, alış qiyməti fərqlənir. Başqa sözlə desək, valyuta bazarında ajiotajın müşahidə olunduğu mart ayı ilə müqayisədə hazırda əksər banklarda dolların nağd satış qiyməti dəyişməz olaraq qalsa da, alış qiyməti enib.

“İki sahil”in ölkədəki 26 bankın internet resursu üzərindən apardığı araşdırmaya görə, bu gün 19 bankda 1 ABŞ dollarının nağd satış  qiyməti 1,7025 manatdır. Bu, ən yüksək qiymətdir.

Dolları ən aşağı qiymətə satan isə “Ekspressbank”dır. Burada 1 dolları 1.7015 manata əldə etmək olar.

Dolların alışına gəlincə, 11 bankda nağd olaraq 1 dollar almaq  üçün 1,7 manat ödəmək gərəkdir. Bu, dolların alışı üzrə ən yüksək həddir.

Digər 15 bank üzrə 1 dolların nağd alışı 1,6950 manat səviyyəsinə qədər enir.  

ABŞ dollarının alışı üçün ən ucuz qiymət təklif edən Pakistan Milli Bankının Bakı filialıdır.