14 aprel 2021 14:42
733

Paşinyan: Türklər və azərbaycanlılar bizim düşmənimizdir

Türklər və azərbaycanlılar bizim düşmənimizdir. Bu məsələ müzakirə mövzusu ola bilməz.

"İki sahil" xəbər verir ki, bunu Ermənistanın baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Parlament sədrinin müavini, hakim fraksiyanın üzvü Alen Simonyan baş nazirdən, türklərin düşmən olub-olmadığını soruşub.

Paşinyan bu mövzuda ümumiyyətlə hansısa müzakirənin aparıla biləcəyini anlamadığını deyib. Onun sözlərinə görə, Ermənistanın tarixi, Qarabağdakı son müharibənin özü bu suala cavab verir.

"Bəli, türklər, azərbaycanlılar bizim düşmənlərimizdir və onlar da bizi düşmən sayırlar. Ancaq sual başqadır - bu düşmənçiliklə nə edəcəyik, bu düşmənçilik nə vaxta qədər artmaqda davam edəcək. Türklərin düşmən olmadığına birtərəfli qaydada qərar verə bilmərik. Tarixən düşmənçilik içindəyik, amma sual bu düşmənçiliyi necə idarə etdiyimizdədir".

Paşinyan əlavə edib ki, dünyada bir-biri ilə on milyardlarla dollarlıq ticarəti olan düşmən dövlətlər var.