14 aprel 2021 15:36
685

Naxçıvan nümayəndəliyinin rəhbəri Qazaxıstan səfiri ilə görüşüb FOTO

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri  Serkan Abdıkərimovla görüşüb.

“İki sahil” NUHÇIXAN İnformasiya Agentliyinə istinadla  xəbər verir ki, görüşdə iki qardaş ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə bir çox sahədə sıx əməkdaşlıq imkanları, qarşıda duran vəzifələr, rəsmi səfərlər və digər maraqlı məsələlər barədə səmimi müzakirələr aparılıb.