14 aprel 2021 23:56
858

Ermənistan: Əvvəl «forpost», indi isə «qulpsuz çamadan» adlanan ölkə

Faşizmdən qaynaqlanan milli kimliklərini Dağlıq Qarabağda törətdikləri vəhşilikləri ilə təsdiqləyən ermənilərə  sahib çıxan yoxdur

Demokratiyanın əsas şərtlərindən olan  insanlıq qanunlarını, ədalət prinsiplərini tanımayan Ermənistan həmişə qalmaqallı ölkə olub. Havadarları, ermənipərəst beynəlxalq təşkilatlar işğalçı ölkəni demokratiyanın nisbətən inkişaf etdiyi azad  ölkə kimi təqdim etməyə çalışsalar da  xunta  qaydaları ilə  idarə olunan Ermənistanın dövlət siyasətinin,  milli ideologiyasının əsasını  qana hərislik təşkil edir.  Daşnakların genlərindən qaynaqlanan  başqa xalqlara, millətlərə nifrət erməniliyin  əsrlərdən bəri dəyişilməyən  mahiyyətidir. Tanınımış  dövlət və siyasi xadimlərin, tarixçilərin bu toplumun  insanlıqdan kənar xarakterləri ilə bağlı  rəyləri xeyli olsa da,  rus şairi  A.Puşkinin,  «Sən köləsən, sən qorxaqsan, sən, oğrusan,  sən ermənisən»,  İsveç səyyahı Adam Metsin «Dərisi ağ qulların pisi ermənilərdir, abır, həyaları yoxdur, oğurluqları olduqca məşhurdur,  onlar yalnız dəyənək və qorxu altında yaxşı işləyirlər» sözləri  ermənilərin kimliklərinə yazılmalı olan və xarakterlərini əks etdirən sözlərdir.

Ermənilər faşizmə xas olan xüsusiyyətlərinə həmişə sadiq qalmışlar. Bu gün də dağıdıcılıq əməllərindən əl çəkmək niyyətləri yoxdur. 30 il işğal altında saxladıqları Azərbaycan ərazilərində  törətdikləri siyasi, hərbi, iqtisadi, ekoloji cinayətlərini  44 günlük müharibədə də davam etdirən ermənilər üçün müsbət mənada nəyi isə qavramaq, qəbul etmək anlayışı yaddır.  Vətən müharibəsinin davam etdiyi müddətdə  humanistlik edib onların Kəlbəcərdən öz xoşları ilə  çıxmaları üçün Azərbaycanın müəyyən etdiyi  humanitar   müddətdə belə çirkin əməllərini davam etdirən, evləri, meşələri yandıran, su mənbələrini zəhərləyən ermənilər mənfur xislətlərini tərgitmirlər. Məsələ bundadır ki,  işğalçı ölkədə hakimiyyətə gələnlər, kimliyindən asılı olmayaraq hamısı  eyni xarakterə malikdirlər.  Ona görə də  Ermənistanın məğlubiyyətinin məsuliyyəti  baş nazir Nikol Paşinyanla  bərabər, illərdən bəri  «qüdrətli  ordu yaradan» sabiqlərə- Robert Koçaryana, Serj Sarkisyana da aiddir. «Biz Ermənistan ordusunu çökdürdük və eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik. Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib və indi, sadəcə olaraq, fikirləşir ki, öz canını erməni xalqının qəzəbindən necə qurtarsın?! Biz Koçaryan-Sarkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Bəs hanı sizin qəhrəmanlığınız? Döşünüzə taxmısınız saxta «qəhrəman» ordenlərini, çıxardın atın eşiyə o dəmir-dümürləri, sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik. Əgər kapitulyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı, özləri bilirlər nə ilə qurtaracaqdı bu müharibə. Bax, budur bizim gücümüz, budur bizim birliyimiz. Dəmir yumruq sizin başınızı əzdi və bundan sonra artıq heç kim bizimlə ultimatum dili ilə danışmayacaq» söyləyən Prezident İlham Əliyevin sözləri bütünlükdə erməni vandalizminin əsl mahiyyətini açıqlayır.

Prezident İlham Əliyevin ADA Universitetində keçirilən «Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və  əməkdaşlıq» adlı beynəlxalq konfransda  vurğuladığı kimi  Azərbaycan Ermənistanın mütəmadi olaraq törətdiyi müharibə cinayətləri ilə  üzləşmiş,  işğalçının Gəncəyə, Tərtərə, Bərdəyə  və digər şəhərlərə atdığı ballistik raketlər nəticəsində mülki əhali qətlə yetirilmişdir. Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri,  Xocalı, Ağdaban  qırğınları, bombalanmış, artilleriya atəşinə məruz qalmış şəhərlər, kəndlər hərbi cinayətlərdir.  «Kiçik Tərtər şəhərinə 16 min bomba atılmışdır. Onlar hətta dəfn mərasimini bombalayaraq bir ailəni qətlə yetirmişlər. Onlar Bərdəni, Naftalanı bombalayırdılar. Naftalanda onlar beş nəfərdən ibarət ailəni öldürmüşdülər. Onlar qəsdən bizim şəhər və kəndlərimizə hücum edir və düşünürdülər ki, bunu etməklə bizi dayandıracaqlar. Biz eynisini etmədik. Biz heç vaxt heç bir kənd və ya şəhərə zərbə endirməmişik. Biz yalnız Xankəndidə yerləşən hərbi obyektlərə zərbələr endirirdik, çünki bunlar hərbi obyektlər idi» söyləyən Prezident İlham Əliyev xalqımıza məxsus humanistliyi diqqətə çatdırmaqla torpaqlarımızın 30 illik işğalı müddətində törədilən qırğınlar üçün  Ermənistanın keçmiş iqtidarlarının da məsuliyyət daşıdığını vurğulayır.

Bu gün də müzakirə  olunan və beynəlxalq ictimaiyyət tərəfindən  maraqla izlənilən  Ermənistanın Şuşaya atdığı  «İsgəndər- M» ballistik raketinin qalıqları ilə bağlı müəmmalar açıqlanmır. «Ermənistanın baş naziri «İsgəndər”»dən istifadə etdiklərini, lakin onun yalnız on faizinin partladığını deyəndə hər kəs gülürdü. Yəqin ki, o, çatdırmaq istədiyi mesajı düzgün çatdıra bilməmişdi. Fevralın sonunda mənə sual veriləndə dedim ki, mən onların bunu etmədiklərini deməmişəm. Mən dedim ki, biz onu aşkar etməmişik. Bu, ayrı-ayrı şeylərdi. Həmin vaxt biz onu hələ də aşkar etməmişdik. Lakin o, onu dedikdən sonra, sabiq prezident Sarkisyan «İsgəndər»”in atıldığını və raketi bizim boru kəmərlərimizə atmadığından təəssüfləndiyini dedi» sözləri ilə  müharibə canisi, əli Xocalı qurbanlarının qanına bulaşan,  Azərbaycanın təşəbbüsü ilə çəkilən neft-qaz kəmərlərini partlatmadığına görə  Paşinyanı  günahlandıran  Sarkisyan  qatil olduğunu dəfələrlə təsdiqləyib. İngilis  jurnalisti Tomas de  Vaala verdiyi müsahibəsində « Xocalıya qədər  Azərbaycan tərəfi  elə bilirdi ki, bizimlə zarafat eləmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq» söyləyən qaniçən Sarkisyan bu günlərdə də eyni  xislətindən əl çəkmir. Revanşist, müharbəyə təhrik çağırışları ilə qana hərisliyini müharibədən sonra da  bildirən  Sarkisyana, onun davamçılarına  Azərbaycanın «zarafatı» daha güclü oldu.  44 günlük  müharibədə  qazandığı Qələbə sevincini Bakıda keçirilən Zəfər paradı,  Hərbi Qənimətlər Paradının açılışı ilə bildirən qalib   qüdrətli  Azərbaycan Ermənistan üzərində əbədi  üstünlüyünü nümayiş etdirdi. Erməni vəhşiliyinin, qəddarlığının şahidi olan bütün dünya ictimaiyyəti törətdiyi  cinayətlər üçün Ermənistanı qınayır. Ermənistanın indiki və sabiq iqtidarlarından fərqli olaraq Prezident İlham Əliyevin sağlam məntiqə əsaslanan, reallığı əks etdirən çıxışlarına xarici ölkələrin  KİV-lərində  geniş yer verilməsi Azərbaycanın informasiya müharibəsindəki qələbəsinin təzahürüdür.
Hərbi Qənimətlər Parkında düşmənin nümayiş etdirilən dağıdılmış və qənimət kimi götürülmüş texnikası Azərbaycan Ordusunun gücünü,  düşmənin məğlubiyyətini göstərir. Parka gələn  insanlar görəcək ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər. Sarkisyanların «Xocalı zarafatına» cavab olan Hərbi Qənimətlər Parkı göstərdi ki, Azərbaycan əsgəri üçün əsas  sərsəm sözlər deyil, real əməl,  düşmən üzərində tarixi qələbədir.

Xuraman İsmayılqızı, «İki sahil»