15 aprel 2021 03:41
1002

Şəhid Elnur Vəliyevin ailəsi ziyarət edilib

YAP Ucar rayon təşkilatının üzvləri Xüsusi Təyinatlı Qüvvələrin leytenantı şəhid Vəliyev Elnur Əli oğlunun məzarı ziyarət edib, ruhuna dualar oxuyublar.

"İki sahil" xəbər verir ki, sonra şəhidin valideynləri ziyarət olunub. Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.