15 aprel 2021 12:59
786

Plastik qablar beyin hüceyrələrini ciddi zədələyir

Almaniyanın Bayroyt Universitetindən olan alimlər müəyyən ediblər ki, demək olar ki, bütün plastik qabların tərkibində olan plastikləşdirici maddə beyinin işinə güclü təsir edə bilər.

Balıqlar üzərində aparılan təcrübələr göstərib ki, bisfenol A maddəsinin ən aşağı həcmdə istifadəsi belə beyində siqnalların ötürülməsinə təsir göstərib.

“Zədələnmə həmin anda baş vermir, lakin bircə aydan sonra aydın görünür. Bunun səbəbi bisfenolların neyronların potensialına birbaşa təsir göstərməsi və sinapslar vasitəsilə siqnalların ötürülməsini dəyişdirməsidir ",-deyə tədqiqat müəllifləri vurğulayıblar.

Bisfenol balıq beynindəki ən böyük Mauthner sinir hüceyrələrindən ikisinə mənfi şəkildə təsir edib. İnsan beyninə təsirləri oxşar və ya daha da pis ola bilər, çünki həmin maddə qida qablarında, plastik qablarda və su şüşələrində, oyuncaqlarda və digər gündəlik əşyalarda olur .

Nubar Süleymanova, “İki sahil”