Rusiyalı həkim-seksoloq Yevqeni Kulqavçuk bildirib ki, bəzi qidaların qəbulu kişilərin sağlamlığına mənfi təsir göstərir. “Sputnik” radiosuna müsahibəsində həkim kişilərin hansı məhsullardan az istifadə etməli olduqlarını açıqlayıb.
Həkim birinci növbədə testesteron hasilini azaldan içki və qidalar- kofe, nanə və alkoqolun adını çəkib. O bildirib ki, gündə 3 fincandan artıq kofe içmək testesteron ifrazında birbaşa iştirak edən böyrəküstü vəzin köklərinə təsir edir. Bundan əlavə, kişi sağlamlığına tərkibində qadın hormonları-fitoestrogenlər ehtiva edən məhsullar da zərərlidir. Fitoestrogenlər pivə və soyanın tərkibində olur.
Testesteron hasilinə piy toxumasının artıqlığı da səbəb ola bilir. Buna görə də, qlutamat natriya və s. tərkibli müxtəlif dadlandırıcılardan uzaq durmaq lazımdır.
Kulqavçuk kişiləri doydurucu nahar etməyə, ancaq ağır axşam yeməklərindən çəkinməyə çağırıb. “Axşam yeməyi insanı praktiki olaraq hərəkətsizləşdirir”,-deyə o bildirib.
Nubar Süleymanova, “İki sahil”