15 aprel 2021 14:55
1084

Məşhurların adını daşıyan əşyalar və ... - FOTO

Jennifer Lopezin şərəfinə adlanan  su gənəsi

2014-cü ildə Puerto Rikoda alimlər tərəfindən  yeni bir su gənəsi növü aşkar olundu və həmin böcəyə Jennifer Lopezin şərəfinə "Litarachna lopezae" adı verildi. Tədqiqatçıların sözlərinə görə, aşkar olunan su gənəsi haqqında  hesabatlar yazarkən onlar  Latın amerikalı müğənninin mahnı və videolarından ilham almışlar.

Kristiano Ronaldonun şərəfinə  pornofilm

Hal-hazırda Kristiano Ronaldo planetin ən çox tanınan  və seksual futbolçularından biridir. Buna görə küçələrin və bəzi digər coğrafi obyektlərə onun adının verilməsi təəccüblü deyil. Lakin portuqaliyalı rejissorlar daha da irəli getdilər və çəkdirdikləri pornofilmi "Yuventus" hücumçusunun adı ilə  adlandırdılar.Onların düşüncələrinə görə,Ronaldonun dünyaca məşhur bir futbolçu olması bu kasetin Portuqaliyadan kənarda satılmasına şərait yaradacaq.Qeyd edək ki, həmin porno filmin rejissoru Karlos Ferreiradır.

Qeyd edək ki, əvvəllər də Kristianonun  adı  hava limanı,  təyyarə və hətta qalaktikaya belə verilmişdi.

Madonnanın şərəfinə adlanan pivə

Madonna həmişə sağlam bir həyat tərzinə riayət etməsə də, ancaq bu  alkoqollu içkinin istehsalçıları nədənsə  bu məlumatları görməməzlikdən gəlmişdi. 2004-cü ildə istehsal olunan  "Material Girl Ale" adlı pivəyə  sənətçinin adı verilmişdi.  Pivənin etiketi müğənninin "Immaculate Collection" albomunun  dizaynını tamamilə təkrarladı .Məşhur  pivənin tərkibində   7,5%  spirt var .Bu içkini istehsal edən pivə zavodunin sahibinin sözlərinə görə, həmin pivəni Madonnanın on ildən sonra Mançestrə qayıtması şərəfinə hazırlamışdılar. 

Britney Spears və Christina Agiuleranın  adını daşıyan narkotik maddələr

2014-cü ildə Nyu York City-nin polisi uzun illər ərzində axtarışda olan narkotik satıcılarını həbs etd.Sen demə  cinayətkarların  xüsusi jarqondan  istifadə etdikləri üçün onları tutmaq olmurdu. Dindirmə zamanı məlum olmuşdu ki, onlar kokainə - Britney Spears, nəişəyə isə  - Christina Agiulera dediklərini etiraf etdilər.Buna  görə də ətrafdakılar populyar müğənniləri müzakirə edən gənclərdə qeyri-adi bir şey görmürdülər.Qeyd edək ki, müğənnilərin hər ikisi də narkotik vasitələrdən istifadə edən məşhurların sırasına daxildilər.

 Justin Timberlakın  şərəfinə adlanan müxtəlif bostan məhsulları

İsrail fermerləri qəribə bir yenilik ediblər. Onlar  yeni yemiş növünə məşhur aktyor və müğənni Justin Timberlakın adını veriblər. Deyilənlərə,görə məşhur  yemişin dilimlərindən hazırlanan  salatı  çox sevirmiş. Buna görə, həmin fermerlər müğənninin Tel-Əvivə qastrol səfərinə gəlməsini səbirsizliklə gözləyirlər. Onların sözlərinə, görə Justini burada böyük bir sürpriz gözləyir.

Beyonsun şərəfinə adlanan böcək

Avstraliyalı alimlər bir  təsadüf nəticəsində aşkar etdiyi at kəpənəyinə məşhur müğənni Beyonsun adını veriblər.Həmin  böcək rəsmi olaraq" Scaptia (Plinthina) beyonceae" kimi qeydə alınmışdır.

Bu qəribə fikir böcəyi hərtərəfli araşdıran alim Brian Lessardın ağlına  gəldi. O, kəpənəyin qarnında qəribə qızıl tüklər gördükdən sonra, nədənsə onu məhz Beyonsa oxşatdı.

Viktoria Bekhamın şərəfinə adlanan  xəstəlik

Viktoria Bekkham həmişə  aksesuar sevgisi ilə tanınmışdır. Onun ən sevdiyi aksesuarlardan biri də böyük çantalardır. Alimlər böyük çantaları daşıyan insanların  müntəzəm bel və əzələ  ağrıları, həmçinin  çiyin qığırdaqlarının iltihablanmasından daha çox əziyyət çəkdiklərini bildirirlər.  Mütəxəssislər həmin sindromdan əziyyət çəkən insanları "poşit" adlandırdılar.Qeyd edək ki, Viktoriya Bekhamda uzun illər ərzində həmin sindromdan əziyyət çəkir.Hətta bu sindromun adını birici növbədə məhz məşhurun adi ilə əlaqələndirirlər.

Samirə Tağıyeva, "İki sahil"