15 aprel 2021 16:07
1168

Dünyanın ən kiçik tapançası - FOTO

Dünyanın ən kiçik  tapançasına "Kolibri" adı verildi. Bu  kiçik silah XX əsrin əvvəllərində bir avstriyalı Franz Pfanl tərəfindən icad edilmişdir. Əslində Franz  heç silah ustası deyildi, o məşhur  saat ustası idi. Əsasən qadınları düşünərək  Franz  asanlıqla əl çantasına sığan mini -tapançanı icad etdi. Qadınların özünümüdafiə silahı kimi bütün dünyaya tanınan "Kolibri" tapancasının uzunluğu cəmi 7 sm, çəkisi ilə 200 qram idi.

"Kolibri" tapançasının gülləsinin sürəti saniyədə 150 m idi. 0.2 qram ağırlığında olan bu güllə ən yaxşı halda yalnız dərini cıza bilərdi."Kolibri"ni qorxunc  silah kimi təqdim etmək olmaz, çünki o, yalnız cinayətkarları qorxutmaq üçün yaradılmışdı. Dağıdıcı gücə malik olmayan bu silah ilə yalnız 1 sm qalınlığında olan lövhəni deşmək olardı.

1910-1914-cü illərdə həmin tapançadan cəmi min ədəd istehsal edilmişdir. Hal-hazırda "Kolibri" tapançası  çox nadir bir kolleksiyaya daxildir.

Samirə Tağıyeva, "İki sahil"