15 aprel 2021 17:32
884

YAP Gənclər Birliyinin üzvləri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər FOTO

Aprelin 15 -də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri  Heydər Əliyevin Fəxri xiyabanda xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

"İki sahil" xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.