15 aprel 2021 23:15
2296

Keçmiş polis rəisi qarmon ifası ilə heyran etdi - VİDEO

Yardımlı və Ağcabədi rayonlarının keçmiş polis rəisi Şamil Seyidli bir neçə ildir ki, təqaüddədir.

"İki sahil" xəbər verir ki, keçmiş polis rəisi təqaüddə olarkən özünə yeni məşğuliyyət tapıb. Belə ki, Ş. Seyidlinin qarmon ifa edərkən videosu yayılıb.  Bu görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. Bildirək ki, Ş. Seyidli 2016-cı ildə təqaüdə göndərilib. Bu gün onun 61 yaşı tamam olur.