16 aprel 2021 01:10
1037

Baş redaktor təltif edildi

Sabaha-inamla.az xəbər portalının baş redaktoru Namiq Məmmədli Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov tərəfindən idarənin Fəxri Fərmanı ilə təltif edilib.

“İki sahil” xəbər verir ki, jurnalist Beynəlxalq Mədəniyyət Günü münasibətilə, gənclərlə iş sahəsinə göstərdiyi dəstəyə görə mükafata layiq görülüb.

Baş redaktor fəaliyyətinə yüksək dəyər verdikləri üçün Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisinə minnətdarlığını bildirib.