16 aprel 2021 10:24
833

Bu mövsüm "Real"ın 25 qolunu vurub, amma...

"Real"da uğurlu oyunlar keçirməsinə baxmayaraq, Kərim Benzema hələ də Fransa millisinə çağırılmır.

 

Buna səbəb kimi 33 yaşlı hücumçunun "Olimpiakos"un futbolçusu, həmyerlisi Mateo Valbuenanı intim video ilə şantaj etməkdə şübhəli bilinməsi göstərilir. Bu iş üzrə aparılan istintaqın gəldiyi qənaətə görə, Benzema 2015-ildə videonun yayılmasında vasitəçilik edib və şantajçılara pul ödəməsi üçün Fransa millisindən komanda yoldaşını da bu işə cəlb edib. Bu qalmaqala görə hər iki oyunçu “Avro-2016” üçün yığmanın heyətindən kənarlaşdırılıb. Həmin vaxtdan sonra Benzema ümumiyyətlə, milliyə çağırılmayıb.

"İki sahil"  ki, qol.az-a istinadən bildirir ki, 2019-cu ildə Fransa Futbol Federasiyasının prezidenti Noel La Graet Benzemanın milli karyerasının bitdiyini bildirmişdi. Amma son vaxtlar bu mövzu Fransada yenidən alovlanıb.

Millinin baş məşqçisi Didye Deşam isə bu mövzuda danışmağa, ümumiyyətlə, həvəsli görünmür. O, DÇ-2022-nin Qazaxıstana qarşı matçından (2:0) sonra bir qazax jurnalistinin bu haqda sualına əsəbi reaksiya verib: "Yenəmi eyni sual? Bu sualı sizdən fransalı jurnalist verməyi istədi?"

"Bordo" və "Borussiya"nın futbolçusu olan, 2008-ci ildə isə karyerasını başa vuran Joan Miku Deşamın bu cavabından narazı qalıb: "Niyə Deşam onu (Benzemanı) istəmir? Bu barədə niyə danışırmırsınız? Buna cavab verməməsindən, səbəb göstərməməsindən bezmişəm".

Qeyd edək ki, Benzema 2020/21 mövsümün bütün turnirlərdə 25 qol vurub (36 oyunda).