16 aprel 2021 10:34
2525

Dünyanın ən qəribə qəbirstanlıqları - FOTO

Qəbirstanlıqlar hər nə qədər qorxunc yer kimi görünsə də insan həyatının ayrılmaz hissəsidir. İnsanların var oluşundan  bu günə kimi qəbirstanlıqlar istifadə edilib və ölən insanlar orada dəfn olunub. Dünyada bir çox din və inanc olduğundan  qəbirstanlıqlar və dəfn mərasimləri də fərqlidir. Dünyanın ən sirrli qəbirstanlıqlarının bəzisi ilə gəlin birlikdə tanış olaq.

KRALLAR VADİSİ - Misirdə yerləşən bu qəbirstanlıqda XVIII və XX sülalədən olan Fironların bəzilərinin məzarları yerləşir. Bura dünyanın ən qədim arxeoloji sahəsidir. Buradakı qəbirlər açıldığında içində zəhərli qazlar olduğu məlum oldu və qəbirləri açan insanlar bu qazdan zəhərləndilər.

TANA TORAJA - İndoneziyada yerləşən bu qəbirstanlıq dünyanın ən qarışıq dəfn mərasimlərinin keçirildiyi yerdir. Burada kimsə ölürsə, dəfn mərasiminə şəhərdəki bütün insanlar qatılır. Dəfn mərasimləri günlərlə, bəzən aylarla keçirilir. İnsanlar axirətin tədricən başladığına inanırlar.

CAPUCHİN CATACOMS - İtaliyada yerləşən və XVI əsrdə qurulan qəbirstanlığın rahibləri XIX əsr‎ə qədər görülməmiş bir yenilik tətbiq ediblər. Onlar ölüləri mumyalayaraq bəzilərini rəflərə qoyub, bəzilərini isə divardan asırmışlar. Qəsəbədəki imkanlı insanların cəsədlərinə yeni geyimlər geyindirər, kasıblara isə toxunmazdılar.

MERRY QƏBİRSTANLIĞI - Rumıniyada yerləşən Merry qəbirstanlığı kənardan çox rəngli və şən görünür. Burada qəbir daşlarının üstündə ölən insanlara aid rəngli rəsmlər, şeirlər var. Şəkillərdə adətən mavi, qırmızı, sarı və yaşıl rənglərdən istifadə edilir. Şəkillərin altında isə ölən şəxslə bağlı məlumatlar verilir.

GERARD BUTLER - İngiltərədə yerləşən bu qəbirstanlığın ən çox maraq doğuran tərəfi  deməl oar ki, hər tərəfinin ağaclarla örtülü olmasıdır. Qəbir daşları və heykəllər sanki sarmaşıqların, ağacların, yabani ot və çiçəklərin arasında gizlədilib. Soyqırım zamanında yəhudilər bu qəbirstanlığı düzəltmək üçün çalışıblar. Qəbirstanlığın qərb hissəsində ağaclar hələ də çox sıxdır və burada sadəcə tur rəhbərləri ilə gəzməyə icazə var.

SUALTI QƏBİRSTANLIQ - Mayamidə olan Sualtı qəbiristanlıq əfsanələrə görə itən Atlantis şəhərinə bənzədilir. Suyun 15 metr dərinliyində yerləşən qəbiristanlıqda ölən şəxslərin adları mis bürüncə yazılaraq məzar daşlarına yerləşdirilir.

FLİPPİNDƏKİ QƏBİRSTANLIQ - Filippinin Luzon bölgəsində yaşayan qəbilələrdən biri əsrlərdir ölülərinin tabutlarını cəsədlə birlikdə torpağa basdırmır, çox qəribə olsa da, qayalıqlardan asır.

YAPONİYADAKİ OKUNUOİN QƏBİRSTANLIĞI-Yaponiyadakı Qoya Dağında yerləşən Okunuoin qəbiristanlığının adı YUNESKO-nun dünya irs siyahısında yer alır. Bu qəbiristanlığın əsası 9-cu əsrdə qoyulub. Qəbiristanlıqda irili-xırdalı müxtəlif ölçülərdə daşdan düzəldilmiş 200 min buddist abidə yerləşir. Qəbiristanlıqdakı bəzi daşların min yaşının olduğu bildirilir.

GÜRCÜSTANDAKİ BONAVENTURE QƏBİRSTANLIĞI-Gürcüstanda yerləşən Bonaventure qəbiristanlığı "Yaxşı və pisin parkında gecə yarısı" kitabının üz qabığında yer alan foto və məşhur aktyor, rejissor Klint Eastwoodun həmin kitaba əsasən çəkdiyi filmdən sonra məşhurlaşıb. Təbiətşünas alim Con Muirin bir neçə gecə bu qəbiristanlıqda yataraq, kitabının bir hissəsini elə orada yazıb. Qəbiristanlıqda olan üzəri yosun örtülü 250 illik ağaclar da bura maraqlı görüntü verir.

KOPANHAGENDƏKİ QƏBİRSTANLIQ PARKI- Kopanhagendə olan bu məzarlıq, yüzlərlə qovaq ağacının sıralandığı uzun bir yol ilə ziyarətçilərini qarşılayır. Buranın ən böyük xüsusiyyətlərindən biri insanların bu qəbiristanlıqdan gündəlik həyatlarında istifadə etməsidir. Bir çox danimarkalılar bu qəbirstanlıq parkda istirahət edir, velosiped sürür və uşaqları ilə birlikdə gəzirlər.

 

Sevinc Rüstəmova,

BSU-nun IV kurs tələbəsi