16 aprel 2021 11:21
795

Modriçin maaşı azaldıldı

Luka Modriç "Real"la müqavilənin müddətini 2022-ci ilin yayına qədər uzadacaq.

"İki sahil" xəbər verir ki, bu haqda AS nəşri məlumat yayıb. Xorvatiya millisinin yarımmüdafiəçisinin müqaviləsi bu mövsümün sonunda başa çatır.

Bildirilir ki, 35 yaşlı oyunçu maaşının azaldılmasına razı olduğundan tərəflər əməkdaşlığı daha bir il müddətinə uzatmaq qərarı veriblər.

Xatırladaq ki, Modriç 2012-ci ildən "Real"da oynayır.