16 aprel 2021 12:31
612

Gümrüdə ictimai yeməkxanada partlayış olub

Ermənistanın Gümrü şəhərində ictimai iaşə obyektlərindən birində baş verən partlayış nəticəsində yanğın əmələ gəlib.

“İki sahil” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti yayıb.

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edlib. Hadisənin səbəbi araşdırılır.

Qeyd edək ki, Gümrü şəhərində Rusiyanın 102 saylı hərbi bazası yerləşir.