16 aprel 2021 13:10
694

Sankt-Peterburqda MDB PA-nın 52-ci plenar iclası keçirilir

Bu gün Sankt-Peterburqdakı Tavrida sarayında MDB Parlamentlərarası Assambleyasının (PA) 52-ci plenar iclası keçirilir.

“İki sahil” xəbər verir ki, pandemiya dövründə miqrasiya proseslərinin qanunvericiliklə tənzimlənməsi və bu prosesdə MDB-yə üzv dövlətlərin parlamentlərinin rolu iclasın əsas mövzusu olacaq.

İclas çərçivəsində MDB PA-ya üzv dövlətlərin parlamentlərinin və müvafiq Avropa təşkilatlarının rəhbərləri, o cümlədən Beynəlxalq Miqrasiya Təşkilatının, Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Avropa Bürosunun, Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Beynəlxalq Federasiyasının Avropa Regional Ofisinin nümayəndələri çıxış edəcəklər.

İclas zamanı assambleya tərəfindən hazırlanmış Miqrasiya Məcəlləsi müzakirə olunacaq.