16 aprel 2021 15:23
670

Çin, Almaniya və Fransa liderləri görüşüb

Çin Xalq Respublikasının sədri Si Cinpin, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel videokonfrans formatında görüşüblər.

"İki sahil" xəbər verir ki, bu barədə Çinin Avropa İttifaqındakı (Aİ) Nümayəndəliyinin “Twitter” hesabında məlumat verilib.

Görüşdə tərəflər iqlim dəyişikliyi, Çin-Avropa əlaqələri, COVID-19-a qarşı birgə mübarizə və digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.