16 aprel 2021 16:14
716

Prezident və Mehriban xanım Pirşağıda ağac əkiblər - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Pirşağı qəsəbəsində ağac əkiblər.

"İki sahil" xəbər verir ki, sonra dövlət başçısı və xanımı qəsəbə ilə tanış olublar.

Qeyd edək ki, aprelin 16-da Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub. Tədbirdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.