16 aprel 2021 20:56
964

Tərtər yarımstansiyasından Suqovuşana elektrik xətləri çəkilir

"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təchizatını davam etdirir.

“İki sahil” xəbər verir ki, qurumdan verilən məlumata görə, hazırda Tərtər yarımstansiyasından Suqovuşan qəsəbəsinə elektrik xətləri çəkilir: "Suqovuşana hazırda 35 kilovoltluq, müasir, innovativ yeniliklərin tətbiq olunduğu xətt çəkilir. Həmin xətt izolyasiyalı kabel vasitəsilə aparılır.

Bununla yanaşı, qəsəbənin özündə isə daxili şəbəkə təmamilə qurulub. Artıq bu istiqamətdə işlər yekunlaşmaq üzrədir. Yaxın zamanda bununla bağlı qəsəbədə işlər başa çatacaq".