17 aprel 2021 21:12
1137

Heydər Əliyev Sarayı yeni romanslar təqdim etdi

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar Heydər Əliyev Sarayı “Nizami Xəzinəsindən” adlı layihəsi çərçivəsində ədəbi-bədii musiqili kompozisiya hazırlayıb.

“İki sahil” xəbər verir ki, layihədə gənc bəstəkar Saleh Nəzərovun Nizami Gəncəvinin sözlərinə yazdığı  romanslar təqdim olundu. Sarayın mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, yeni romansları yaratmaqda məqsəd müasir istedadlı gənclərin bu layihəyə cəlb olunmasıdır. Romanslar Heydər Əliyev Sarayının nəzdində yaradılan “Perfect Troupe” gənc vokalçılar tərəfindən ifa edildi.