18 aprel 2021 08:41
859

AFFA-nın təşkilatçılığı ilə “Avro-2020-nin Könüllü Kuboku” turniri keçiriləcək

AFFA-nın təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan könüllü təşkilatları arasında futbol üzrə “Avro-2020-nin Könüllü Kuboku” turniri keçiriləcək.

“İki sahil” AFFA-ya istinadla xəbər verir ki, “Avro-2020-nin Könüllülər Proqramı” çərçivəsində təşkil olunacaq turnirdə Azərbaycan könüllü təşkilatlarının 16 komandası mübarizə aparacaq.

Aprelin 20-də start veriləcək yarışın Bakı Olimpiya Stadionunun Mətbuat konfransı zalında püşkatma mərasimi təşkil olunub. Püşkatmada “Avro-2020”nin rəsmi səfiri Vəli Qasımov, turnirin könüllülərinin səfiri Taleh Yüzbəyov və AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə iştirak ediblər.

Qeyd edək ki, turnirin tərəfdaşları Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqıdır.