Rusiyanın Rostov vilayətində ağır yol qəzası baş verib, nəticədə beş nəfər ölüb.
“İki sahil” “RİA Novosti”yə istinadla xəbər verir ki, təcili yardım xidməti ölüm xəbərini təsdiqləyib.
Məlumata görə, hadisə Rostovun Novoçerkassk adlanan bölgəsində minik avtomobilinin iştirakı ilə baş verib. Hadisə zamanı altı nəfər yaralanıb, onlardan beşi ölüb.