18 aprel 2021 10:38
811

ABŞ-da atışma: 1 nəfər ölüb

ABŞ-ın Ohayo ştatında keçirilən anım mərasimində naməlum silahlı şəxslərin yoldan keçən avtomobildən açdığı atəş nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

“İki sahil” “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, mərasim Kolumbus şəhərində “Dollar General” mağazalar şəbəkəsinin yanındakı dayanacaqda keçirilirdi. Hadisə zamanı ölən qadın mərasimdə iştirak etməyib, öz avtomobilində qətlə yetirilib. Yaralılar isə xəstəxanaya yerləşdirilib.