18 aprel 2021 11:46
812

Gürcüstanda koronavirusdan ölənlərin sayı isə 3939 nəfərə çatıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  818 yoluxma halı qeydə alınıb, 14 nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

 Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 295 358, ölənlərin sayı isə 3 939 nəfərə çatıb. Virusa yoluxanlardan 280 915 nəfərin sağaldığı bildirilir.