18 aprel 2021 12:11
1085

Tufan xəbərdarlığı elan edilib

Filippin sahillərinə yaxınlaşan “Suriqae” tufanı bir sıra region ölkələrində torpaq sürüşmələrinə və daşqınlara səbəb ola bilər.

“İki sahil” xəbər verir ki, bu barədə aprelin 18-də Filippin Atmosfer, Geofizika və Astronomik Tədqiqatlar Xidməti məlumat yayıb.

Bildirilir ki, bu gün Şərqi Visayi və Bikolda, aprelin 19-da isə Şimali Samar, Samar və Şərqi Samar regionlarında güclü yağışlar gözlənilir.

Yerli vaxtla saat 5:00-a olan məlumata görə, təbii fəlakətin episentri Şərqi Visayi regionunun Katarman şəhərindən 400 kilometr şərqdə yerləşib və tufan saniyədə 4 metr sürəti ilə şimal-şərq istiqamətində hərəkət edib. Episentrdə küləyin sürəti saniyədə 60 metr, güclü əsdikdə isə 74 metrə çatır.

ABŞ hərbi-dəniz qüvvələrinin tufanlar üzrə birləşmiş mərkəzi “Suriqae” qarısğasında “super tufan” statusu verib.