18 aprel 2021 13:12
765

Rusiyada daha 8632 nəfər koronavirusa yoluxub

Rusiyada son sutka ərzində daha 8632 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

“İki sahil”  xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 4 702 101 nəfərə çatıb.

Son sutka ərzində 389 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 105 582 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.