Bu yaxınlarda ortaya çıxan piramida şəklində olan UNO (uçan naməlum obyekt) videosu sosial medianı ayağa qaldırıb. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) videonun həqiqi olduğunu və ABŞ donanması işçiləri tərəfindən çəkildiyi açıqlanıb. Bəziləri üçün piramida şəklində olan kosmik gəmi əslində gizli bir təyyarədir. İllərdir TR-3A Black Manta casus təyyarəsinin üçbucaqlı və ya piramidalı UNO iddialarına səbəb olduğu deyilir. Bu hadisələr müzakirə edilərkən, bu dəfə Las-Vegasdan maraqlı görüntülər internetdə yayılıb.
Las-Veqasın səmalarında görünən UNO-lar gündəmə öz damğasını vurdu. İddialara görə havada iki uçan naməlum obyekt var, ancaq biri uzaqda olduğu üçün videoda aydın görünmür. Digəri isə videoda açıq şəkildə görünür. İddiaçının sözlərinə görə, hər iki kosmik gəmi bir müddət havada qaldı və sonra sürətlə gözdən itdilər. Videonu izləyən bəzi sui-qəsd nəzəriyyəçiləri də Nellis Hava Bazasının yaxınlıqda olduğunu, bunun gizli bir hərbi təyyarə ola biləcəyini irəli sürdülər. Heyranedici iddiaları ilə tanıdığımız Scott C. Waring, videoya yenidən fərqli bir şərh etdi. Waring videoda görünən UNO-ların gizli hərbi təyyarələr olduğunu, lakin bu təyyarələrin də yad texnologiya ilə hazırlandığını irəli sürüb.
Sevinc Rüstəmova,
BSU-nun IV kurs tələbəsi