19 aprel 2021 14:53
1348

Alma sifariş etdi: Paketdən görün nə çıxdı?/FOTO

İnternet dünyasında hər gün fərqli hekayələr gündəmə gəlir.

“İki sahil” xəbər verir ki, bu dəfəki isə olduqca maraqlı və eyni zamanda hər kəsin başına gəlməyəcək bir hadisədir. İngiltərədə onlayn alış-veriş edən 50 yaşlı Nick Ceyms bir market olan Tescodan bəzi sifarişlər verib. Sifarişlərinin arasında bir çox məhsul olmasına baxmayaraq, burada ən vacib olan şey virtual bazar səbətində “alma”nın da olmasıdır.

Sifarişlərini hazırlayan market şəbəkəsi Ceymsə məhsullarını almaq üçün vaxt verir. Bazara vaxtında getmək və məhsullarını almaq istəyən Ceyms, işçilərin onun sürprizlə qarşılaşacağını söylədi. Alma çantasına baxanda “iPhone” SE 2020 ilə qarşılaşan adam heyrətini gizlədə bilmir və bunu qısa müddətdə “Twitter” hesabında paylaşır.

Market indiyə qədər cəmi 80 fərqli məhsul hədiyyə edib

Marketin yeni aldığı qərar ilə müştərilərə verdikləri sifarişlər daxilində elektron cihazlar da verilir. Bu da onlardan biridir. Alma sifariş edənlərin “Apple”ın “iPhone”unu almaq şansı var, Morina balığı sifariş edənlər isə “AirPods” qazana bilər. “Mini Cheddar” sifariş edənlərin “iPhone 12 mini”, çörək sifariş edənlərin isə “Motorola E7” qazana bilər. Bu kimi bir çox hədiyyə fürsəti təqdim edən market şəbəkəsi, evdə qaldığınız bu müddət ərzində onlayn alış-verişi vurğulamaq və satışları artırmaq üçün bu yolu seçmiş kimi görünür

Vüsal Cahanov, “İki sahil”