19 aprel 2021 16:57
2161

Planetimizin ən böyük buz dağı tamamilə əriməkdədir

Bir zamanlar dünyanın ən böyük buzdağı olan A68a, demək olar ki, tamamilə əriyib.

Bu barədə "Sky News" xəbər verib.

ABŞ Milli Buz Mərkəzinin ötən cümə günü çəkdiyi şəkil  buz dağının izlənə bilməyəcək dərəcədə çox kiçik parçalara ayrıldığını göstərdi.

Mərkəz "Sky News"a A68a-nın əriməsi ilə rəsmi  açıqlama verməyəcəyini söyləsə də, buz dağının izləmə üçün istifadə edilən minimum ölçü meyarlarına cavab vermədiyini də təsdiqləyib.

Samirə Tağıyeva, "İki sahil"