Hester Ford ABŞ-da ondan çox uşağı, əlliyə yaxın nəvəsi və yüzdən çox nəticəsi olan ən yaşlı insan dünyasını dəyişib.
“İki sahil” xəbər verir ki ABŞ-ın Şimali Karolina əyalətinin Charlotte şəhərində yaşayan və bu ölkənin ən yaşlı insanı kimi tanınan Hester Ford 116 yaşında həyatını itirib. Fordun 1904-cü ildə Cənubi Karolinanın Lancaster rayonunda anadan olduğu açıqlanıb. ABŞ mediası, Fordun 14 uşağı, 48 nəvəsi və 108 nəticəsi olduğunu bildirib. Fordun dəqiq yaşı bilinməsə də, səlahiyyətli şəxslər yaşlı qadının doğum şəhadətnaməsində 15 avqust 1904-cü ilin qeyd edildiyini ifadə edib.
ABŞ-ın Gerontoloji Tədqiqat Qrupu Fordu keçən il ölkədə yaşayan ən yaşlı insan elan edib. Yaşlı qadının evində övladları və nəvələri ilə birlikdə dinc şəkildə öldüyü bildirilib. Digər tərəfdən Hester Fordun 45 il evli olduğu ərinin 1963-cü ildə öldüyü paylaşılıb. Ford bu uzun ömründə 2 pandemiya və 2 dünya müharibəsi görüb. Qadınlara səs vermək hüququ verildiyi zaman Ford 15 yaşlı bir gənc qız idi. Teddy Roosevelt prezident olarkən anadan olan Hester Ford, sağlığında 21 ABŞ prezidentini görüb. Uşaqlığını pambıq tarlasında keçirən Hester ailə quranda 14 yaşı olub. Fordun yaşı öldüyü gün 116 il və 245 gün olub. 108 yaşına qədər tək və köməksiz yaşayan qadın, evindəki hamamda yıxılıb ağır zədə alandan sonra israrlar sonu ailə üzvləri ilə birlikdə yaşamağa başlayıb.
Xatırladaq ki, bu zədədən sonra Hester Ford həyatında ilk dəfə xəstəxanaya yerləşdirilib.
Vüsal Cahanov, "İki sahil”