Məşhur şəxslər arasında alkoqol düşkünü olan insanlar az deyil. Onlar sərxoş olan zaman sevinc, ilham yaşadıqlarını və yaratmağa başladıqlarını söyləyirlər. Ancaq həkimlər bu açıqlama ilə razılaşmırlar. Alkoqolizmin inkişafı ilə zəkada tədricən azalma, şəxsiyyət deqradasiyası baş verdiyi sübut edilmişdir.
Alkoqolizm dərinləşdikcə insan görünüşünü itirir, beyni yalnız bir istiqamətdə işləyən bir varlığa çevrilir və beyni bu suala cavab tapmaqla məşğul olur: içkini haradan almaq olar? Sevməyi, şəfqətləndirməyi bacarmırlar, xarici görünüşlərinə və hərəkətlərinə görə utanc hissi get-gedə yox olur. Sevdiklərini unutmağa başlayırlar. Lakin dayanmaq və özünü ələ almaq heç vaxt gec deyil.
Hər iki həftədən bir bircə stəkan şərab içmək bir ildən sonra intellekt səviyyəsində gözə çarpacaq dərəcədə azalma ilə nəticələnir, düşünmə qabiliyyətini zəiflədir.
Bir gün əvvəl çox içki qəbul etmiş hər kəs səhər baş ağrısının nə olduğunu bilir. Bunun səbəbi beyindəki çox sayda qan damarlarıdır. Alkoqolla doymuş qan içəridə dolaşır və beyin hüceyrələrinin bir hissəsi ölür. Səhər insanın da susuz olması təsadüfi deyil. Ölü hüceyrələr bədəndən bir yolla çıxmalıdır, ona görə su tələbatı artır ki, sidiklə xaric olunsun.
Hər stəkanla məhv olan beyin hüceyrələri bir daha bərpa olunmur. Zamanla ümumilikdə beyinin həcmi kiçilir. Əqli bacarıqların zəifləməsi də buradan qaynaqlanır.
Ölü hüceyrələr bədəndən bir dəfəyə tamamilə xaric ola bilmir, orqanizmdə qalaraq onu zəhərləyir.
Dünyada alkoqoldan ölüm sayı üçüncü yerdədir. Mütəmadi olaraq, hətta ən keyfiyyətli spirtli içkidən istifadə etmək belə insan ömrünü 20 il qısaldır. Keyfiyyətsiz içki isə insanı bir andaca öldürə bilər. Ətrafımızda ucuz və keyfiyyətsiz içkilərdən zəhərlənib ölən insanlar az olmur.
İçkiyə başlamış insan həyatda qərarsızlıqla üzləşir. SSSR dövrü ilə müqayisədə hazırkı Rusiyada alkoqol asılılarının sayı iki dəfə artıb. Ümumiyyətlə ruslar alkoqoldan daha çox istifadə edən xalqlar arasındadır.
Statistika göstərir ki, Rusiya əhalsinin demək olar ki, təxminən yarısı bu və ya digər formada alkoqoldan asılıdır. Orada sorğu zamanı iştirakçıların 94 %-i yeniyetmə dögvründən içməyə başladığını bildirib.
Qadınlar arasında alkoqoldan asılılıq halları kişilərlə müqayisədə 4 dəfə artıqdır. Qadınlarda alkoqolizm və bunun onlardan uşaqlarına keçməsi halları praktiki olaraq, müalicə olunmur.
Ağır cinayətlərin 75%-dən çoxu sərxoş hallarda törədilir.
Müasir dünyada alkoqolizmin yaşı gəncləşir. Gənc yaşdan spirtli içki istifadə etməyə başlayan insanlarda empatiya hissi yoxa çıxır, aqressivlik artır.
Alkoqolizmi bəzən epidemiya hesab edirlər. Hərfi mənada ona yoluxmaq mümkün deyil, amma alkoqolizmə qurşanan populyasiya durmadan artır.
İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə 20-ci əsrdəki və indiki dövrdəki alkoqol aludəçilərinin sayını müqayisə etsək görərik ki, hazırda onların sayı 40 dəfə artıb.
Nubar Süleymanova, “İki sahil”