20 aprel 2021 15:19
1190

Dünyanın ən təhlükəsiz yeri - FOTO

Heç bilirsiniz ki, dünyada ele yer var ki, burada gecə qapılarınızı kilitləmədən belə yuxuya gedə bilərsiz. Əslində həmin bu yer dünyanın ən təhlükəsiz yeri sayılan Farer adalarıdı.

 Farer adaları (Qoyun adaları)  — Atlantik okeanının şimal hissəsində, Şotlandiya ilə İslandiya arasında yerləşən adalar birliyidir. Keçiləri ilə məşhur olan bu ölkə, "keçi ölkəsi" olaraq da adlanır. Birləşmiş Krallığın 200 km şimalında, Norveç ilə İslandiyanın arasında yerləşən ölkədir.

Farer adaları arxipelaqı 18 iri adadan ibarətdir ki, onlardan 17-si insanlar tərəfindən məskunlaşdırılmışdır. Əsas adaları - Streymoy, Esturoy, Suduroy, Voar, Sandoy, Bordoy adalarıdır.

Burada həyat o qədər sakit və təhlükəsizdir ki,valideynlər heçnədən qorxmadan uşaqlarını tək başına həyətə buraxa bilirlər.Çox maraqlıdır ki, bu adalarda oğurluq hadisələrinə  nadir hallarda rast gəlinir. Qeyd edək ki, Farer həbsxanasında cəmi 6 nəfər cəzasını çəkir.Bu da təxminən 100 min əhaliyə 19 nəfər deməkdir. Məsələn, Rusiyada 100 min əhaliyə 386 nəfər, ABŞ-da 655 nəfər düşür.

Samirə Tağıyeva, "İki sahil"