Dünyada müxtəlif mədəniyyətlər və ənənələr mövcuddur.
“İki sahil” xəbər verir ki, hər kəs üçün yaşadıqları yerin vərdişləri və ənənələri normal görünür. Fərqli mədəniyyətləri öyrəndikdə, onları öz ölkəmizlə müqayisə edərək təəccüblənirik. Gəlin yaşadıqları ölkə üçün normal, lakin dünyanın qalan hissəsi üçün maraqlı olan ənənələrlə birlikdə tanış olaq.
Kanada bazarlarında süd şüşə və ya karton qutularda deyil, torbalarda satılır. Bu vəziyyət ölkədə yaşayanlar üçün adi hal olsada, turistlər üçün bu qeyri-adi haldır.
Danimarka mədəniyyətində, 25 yaşına çatıb və hələ evlənməmisinizsə, ad gününüzdə sizi bol ədviyyatlı bir sürpriz gözləyir. 25 yaşı olan gənci ailəsi və dostları dirəyə bağlayaraq üzərinə darçın tökürlər. 30 yaşın varsa və hələ subayaysansa, bu dəfə üstünüzə qara bibər tökülür.
Birləşmiş Ərəb Əmirliklərində insanlar salamlaşarkən bir-birlərinin burnuna toxunurlar. Bu salamlaşma ölkəyə gələn turistlər üçün çox maraqlı olur.
Norveçdə ailələr körpələrini çöldə qoyub və restoranda rahat bir şəkildə yemək yeyə bilərlər. Bir restorana gedəndə içəridə yemək yeyərkən körpəniz çöldə öz uşaq arabasında yatır. Bu, Skandinaviya ölkələrində çox yayılmış bir təcrübədir.
Universiteti bitirdikdən sonra bu xoşbəxt günü ailənizlə və ya dostlarınızla bölüşmək və qeyd etmək istəyirsiniz. Bəlkə səni yeməyə dəvət edərlər və ya dincəlmək üçün tətil hədiiyyə edərlər. Bu normal səslənsə də, belə bir məzuniyyət bayramı Argentina üçün qəbuledilməzdir. Argentinada universiteti bitirdikdə ailəniz və dostlarınız sizə yumurta, un, köpük, boya, bir sözlə əllərinə nə keçsə üstünüzə atırlar.
İrlandiyadakı bir dostunuzun anası sizə yemək təklif edirsə, dərhal qəbul etməməlisiniz. Mədəniz nə qədər ac olsa da, 3-4 təkrar və inaddan sonra qəbul etmək daha doğrudur.
Slovakiyada Milad dövründə əvvəlcə vannaya canlı bir balıq qoymalısınız. Əsasən sazan balığı seçilir. Sazan hamamda 2 gün təmiz suda qaldıqdan sonra bişdikdə daha təzə və dadlı olur. Ancaq insanlar bunu nəzərə alaraq hamamlarına canlı bir sazan qoymurlar. Bunu yalnız ona görə edirlər ki, uzun illərdir tətbiq olunan bir ənənədir. Əgər ailənin vannadan istifadə etməsi lazımdırsa, balıq bir vedrə içinə qoyulur və vannanın işi qurtardıqdan sonra yenidən vannaya qoyulur və Milad vaxtı gələnə qədər orada qalır.
Rusiyada yaşayanların iki pasportu olur. Bunlardan biri şəxsiyyət vəsiqəsi kimi ölkə daxilində, digəri isə beynəlxalq istifadə üçündür.
İsveçrədə 4 milli dil olduğundan demək olar ki, gördüyünüz hər şey ən azı 3 fərqli dilə tərcümə olunmalıdır. Reklamlar, broşuralar, məhsullar və hətta bəzi filmlər tərcümə olunur.
Hong Kongda yalnız pandemiya dövründə deyil, hər kəs həmişə maska taxır. Əvvəllər də maskadan istifadə geniş yayılıb. Evdən çıxmazdan əvvəl, xüsusən də xəstə olduqda və hava çirkliliyi hiss etdikdə hər zaman maska taxırlar. Ancaq yalnız bu səbəblərdən deyil, özlərini pis hiss etdikdə də maskalardan istifadə edirlər. Beləliklə, bu vəziyyətin heç kimə təsir etmədiyini düşünürlər.
Vüsal Cahanov, “İki sahil”