Alimlər vulkan püskürməsini qabaqcadan proqnozlaşdıran yeni metodu sınaqdan keçiriblər. Söhbət ən çətin və əlçatmaz ərazilərdə belə peyklə müşahidədən gedir. Belə ki, peyklərin köməyilə əvvəlcədən məlumat verməklə insanların həyatını xilas etmək mümkün olacaq.
Peyklərin köməyi ilə vulkanların üzərindəki temperatur ölçüləcək. Sınaqlar zamanı Yer səthindən infraqırmızı radiasiyanı qeydə alan Terra və Aqua peykləri termometr kimi istifadə edilmişdir.
Alimlər istilik artımı ilə vulkanın "qabarmasının" çox vaxt demək olar ki, eyni vaxtda baş verdiyini aşkar etdilər.
Tədqiqatın nəticələri ilə bağlı elmi məqalə “Nature Geoscience” jurnalında dərc edilmişdir.
Nubar Süleymanova, “İki sahil”