21 aprel 2021 16:32
1619

Dünyanın ən böyük yemək porsiyaları - FOTO

Dünyanın ən böyük dondurması

2019-ci ildə "Kemps Diary" şirkəti ABŞ-ın Viskonsin əlayətinin Sedarberg şəhərində keçirilən illik Çiyələk Festivalında dünyanın ən böyük dondurmasını hazırlandı. Nəhəng dondurmanın tutduğu ümumi sahə bir futbol meydançasına bərabərdi. 1365 kq çəkisi olan dondurma şirkət tərəfindən bölünərək, 733 konteynerə qoyuldu."Kemps Diary" tərəfindən hazırlanan dondurma "Ginnesin Rekordlar Kitabı"na daxil olmuşdu.

Qeyd edək ki, 2011-ci ildə  Kanadada  dünyanın ən böyük kremli dondurma tortu hazınlanmışdı.Onun  hazırlanmasında fasiləsiz işləyən onlarla insan 9 min kiloqramadək dondurma, 91 kiloqram biskvit və 136 kiloqram buzdan istifadə etmişdilər.

Bu dondurma tortu" Ginnesin Rekordlar Kitabı"na düşüb.

Dünyanın ən böyük "Snickers"i

Texas ştatının Uyeko şəhərində “Mars” şirkətinə məxsus olan fabrikdə hazırlanan "Snickers"şokoladının uzunluğu 3,5 metr, eni 60 sm-dən, çəkisi isə 2 tondan çox idi.

Nəhəng şokolad "Ginnesin Rekordlar Kitabı"na daxil olmuşdu. Qeyd edək ki,ölçülərinə görə, o, 43 min adi şokolad batonlarına  bərabər idi.

 Fıstıq yağının ən böyük porsiyası

2013-ci ildə ABŞ-ın Vermont əyalətində bir şirniyyat mağazasının sahibi Nik  Monte 104 kq şokolad və fıstıq yağını  qarışdıraraq dünyanın ən böyük fıstıq yağının ən böyük porsiyasını hazırladı.

Ən böyük vafli

 2013-ci ildə dünyanın ən böyük vaflisi Hollandiyada "Stichting Gouda Oogst" şirkəti tərəfindən hazırlanmışdır. Həmin vaflinin çəkisi 50 kq,  diametri isə 2,47 m idi. Onun hazırlanması üçün 60 kq xəmir və 15 kq şərbət istifadə edilmişdir. Üç tonluq bir tavada hazırlanan  qeyri-adi şirniyyat  şəhər bələdiyyəsi tərəfindən 3000 hissəyə bölünərək insanlara paylandı.

 Ən böyük şokolad sikkəsi

Dünyanın  ən böyük şokolad sikkəsinin çəkisi  658 kq-dır. Belə nəhəng şokolad parçası  2012-ci ildə İtaliyanın Bologna şəhərində" BF Servizi SRL" şirkəti  tərəfindən hazırlanmışdı. Qeyd edək ki, ilk dəfə həmin şokolad sikkə "Ciocco Show" sərgisində ictimaiyyətə təqdim edildi.

 Ən böyük hot-doq

Demək olar ki, amerikalılar üçün hot-doq dünyada bir nömrəli yeməkləri sırasındadır. Fast-fudların həvəskarı olan   Dan Abbet 2011-ci ildə "Ginnesin Rekordlar Kitabı"na daxil olan ən böyük hot-doq hazırlamışdı. Həmin hot-doqun çəkisi 3,18 kq, uzunluğu - 41 sm, diametri  isə 10 sm idi. Sonradan Dan Albert belə hot-doqları sifariş ilə hazırlayıb 40 dollara satırdı.

 Dünyanın ən böyük pizzası

2012-ci ildə italyanlar tərəfindən hazırlanan və “Ginnesin Rekordlar Kitabı”na düşən bu pizzanın hazırlanması üçün 4 ton pomidor, 680 kiloqram duz, 22 kilo sirkə, 25 kilo pendir və 9 ton undan istifadə edilib. "Margarita" pizzasını hazırlamaq üçün 5 aşpaz 48 saat dayanmadan çalışıb. Pizza hazır olduğu zaman ağırlığı 16 tona çatıb. Qeyd edək ki, həmin pizzanın ümumi çəkisi 23 250 kq idi. Hazır olduqdan sonra nəhəng pizzanı hissələrə bölərək, Romadakı sığınacaqlara payladılar.

Xatırladaq ki, birinci dəfə ən böyük 1990-cı ildə Afrikada  hazırlanmışdı və  onun ümumi sahəsi 38 kvadrat metr idi.

Ən böyük kətə

110,8 kq ağırlığında  olan  tərəvəzlər ilə dolu kətə, Bradford Collegi tərəfindən 2012-ci ildə İngiltərədə yerləşən " Prashad" restoranında hazırlanmışdı. Üçbucaqlı kətənin hazırlanması üçün  60 kq kartof, 25 kq soğan, 15 kq noxud, 12 dəstə keşniş, 300 çili bibəri və 250 şüşə yağ istifadə edilmişdi.

 Ən uzun sendviç

2011-ci ildə  Livanda hazırlanan ən uzun sendviçin hazırlanmasında  136 üzvdən və 639 könüllüdən ibarət üç komanda iştirak edib. Livan istehsalı olan bu dadlı yeməyin çəkisi 557 kq, uzunluğu 735 metr idi. Qeyri-adi sendviçin hazırlanması üçün aşpazlar nə az, nə çox 24 saat sərf ediblər.Həmin  sendviç  üçün nəzərdə tutulan çörək dörd sobada bişirilmişdi. Sendviçin içliyi isə toyuq əti, kahı, pomidor, turşu, mayonez, duz, sirkə, xardal və ağ bibər, limon suyu, keşniş daxil olmaqla ədviyyatlardan ibarət idi. Qeyd edək ki, 2008-ci ildə oxşar hadisə  İran da olmuşdu.İranlılar tərəfindən hazırlanan sendviçin uzunluğu 1500 metr, çəkisi 700 kq idi. Sendviçin içliyi üçün   üçün 700 kq dəvəquşu əti və 700 kq toyuq istifadə edilmişdir.İran aşpazlarının çəkdiyi böyük əziyyətə baxmayaraq, həmin sendviç "Ginnesin Rekordlar  Kitabı"na daxil olmamışdı, çünki  rəsmi olaraq çəkildikdə, insanların yaratdığı izdiham bütün  proseduru pozmuşdu və  sendiç ac olan əhali tərəfindən parçalanmışdı.

Ən böyük yulaf sıyığı porsiyası

2012-ci ildə İrlandiyada festival zamanı böyük bir qazanda çəkisi  1380 kq olan yulaf sıyığı hazırlanmışdı.  Beləliklə, rusların əvvəlki rekordu qırılmış oldu, çünki oların hazırladıqları  sıyığın çəkisi 865 kq idi.  Yeni rekorda imza atan irlandiyalılar hazırladıqları sıyığ üçün 150 kq yulaf unu, 1,21 ton su və 30 litr süd istifadə etmişdilər.

Dünyanın  ən böyük peçenyesi

2003-cü ildə Cənubi Karolinada yerləçən "Immaculate Baking Company" tərəfindən  dünyanın ən böyük peçenyesini hazırladı. Bu nəhəng şirniyyatın diametri  31 m, çəkisi isə  18143 kq-dan çox idi.  Əlbəttə ki, inanılmaz ölçülərdə olan bu peçenye xüsusi bir sobada təxminən 10 saat ərzində  bişirilmişdi. Xırda  dilimlərə doğranılaraq və xüsusi  bəzədilmiş qutulara qoyulan bu  şirniyyatları  insanlara 10 dollar satırdılar.

Samirə Tağıyeva, “İk sahil”