2019-cu ildə ilk qara dəlik fotoşəkilinin çəkilməsi ilə görüntüləri artan qara dəliklər adı kimi hələ də qaranlıq və araşdırmaları yetərsizdir. Daha sonra, elm adamları araşdırmalarına davam edərkən, Unicorn (Tək boynuzlu at) adlandırdıqları bir qara dəlik kəşf etdilər.
“İki sahil” xəbər verir ki, Ohio Dövlət Universiteti tərəfindən aparılan araşdırmada əldə edilən Unicorn adlanan qara dəlikdə iki qeyd var. Unicorn həm indiyə qədər aşkar edilmiş ən kiçik qara dəlik həm də və dünyaya ən yaxını sayılır. Dünyaya ən yaxın qara dəlik olması bizi təhlükəyə atırmı? Əlbəttə ki, xeyr. Hər nə qədər ən yaxın desək də, dünyaya 1500 işıq ili (uzunluq vahidi) uzaqlıqda və Günəşdən 3 qat daha ağırdır.
Günəşdən üç dəfə kütləli
Bu kəşfdən əvvəlki qara dəlik Günəşdən 3,3 qat daha böyük olduğu qeyd edilirdi. Daha əvvəlki tədqiqatlarda fərqli işıq illərinə sahib qara dəliklərin kəşfindən bəhs edilir, lakin bəziləri yalnız "təxminlər" olaraq qalır və elmi cəhətdən mübahisələr yaradır. Hər iki halda da, Unicorn kimi qeydə alınan qara dəlik qəribə sayılır. Normal halda bu qara dəliyin yerləşdiyi ulduz qrupunda Günəşin 30 qatı böyüklüyündə olur. Bu faizli 3 qat böyük bir qara dəlik həqiqətən də təsiredici qəbul edilə bilər.
Vüsal Cahanov, “İki sahil”