Tədqiqatçılar deyir ki, Süni Zəka (AI) əsrarəngiz qədim Ölü dəniz əlyazmalarının bir hissəsini ilk dəfə iki katibin yazdığını göstərir.
Testlər Böyük Yeşaya Əlyazması olaraq bilinən ən uzun mətn üzərində aparıldı.
Böyük ehtimalla, iki naməlum şəxsin, sözləri bir-birinə oxşar əl yazısı ilə köçürdükləri məlum oldu.
İncilin bilinən ən qədim versiyasını da əhatə edən əlyazmalar, təxminən 70 il əvvəl tapıldıqlarından bəri heyranlıq mənbəyi olmuşdur.
İlk dəstlər indiki İsrail tərəfindən işğal olunmuş İordan çayının qərb sahilindəki Ölü dəniz yaxınlığındakı Qumran mağarasında bir bədəvi tərəfindən tapılıb.
Əsasən ibrani və arami və yunan dillərində yazılmış əlyazmalardan ibarətdir və təxminən eramızdan əvvəl III əsrlərə aid olduğuna inanılır.
Yeşaya əlyazması 1940-1950-ci illərdə tapılmış 950 müxtəlif mətndən biridir. Kitabların arasında bənzərsiz olan bu əlyazmanın 54 sütunu yarıya bölünmüş, demək olar ki, vahid bir üslubda yazılıb.
Hollandiyadakı Groningen Universitetinin tədqiqatçıları, "qabaqcıl" naxış tanıma və süni zəkadan istifadə edərək Yeşaya kitabını araşdırdılar. Kitabda 5000-dən çox istifadə edilən sözü, alef sözünü təhlil etdilər.
Alimlər Mladen Popoviç, Maruf Dhali və Lambert Schomaker tərəfindən nəşr olunan bir yazıda, "rəqəmsal şəkildə görünən qədim mürəkkəb izlərini çıxarmağı bacardıqlarını" söylədilər.
Birdən çox katibin iştirak etdiyinə dair dəlillər gətirməyə kömək edən bir texnikadan istifadə edərək "Qədim mürəkkəb izləri birbaşa insanın əzələ hərəkətinə aiddir və insana xasdır" dedilər: "Ehtimal olunan ssenari budur ki, iki fərqli katib yaxından çalışmış və eyni yazı üslubunundan istifadə edərək eyni stili saxlamağa çalışmışdır amma yenədə özlərini ifşa etmişdirlər."
Tədqiqatçılar, katiblərin yazı bənzərliyinin bir məktəbdə oxumaları və ya ailədə "ata oğluna yazmağı öyrətməsi" kimi eyni təhsildən keçə biləcəyini söylədi.
Katiblərin bir-birini "təqlid etmək" qabiliyyətinin o qədər yaxşı olduğunu söylədilər ki, indiyə qədər müasir alimlər bunları ayırd edə bilmirdilər.
Mənbə: https://www.bbc.com/news/world-middle-east-56842712
Fuad Həsənov,
BSU-nun IV kurs tələbəsi