Avtomobilin baqaj hissəsini mətbəx kimi istifadə edən və maşının üstündə çadır quran Hüseyin Akkaş COVID-19 epidemiyası zamanı nəqliyyat vasitəsilə getdiyi yerlərdə təcrid olunmuş bir tətil etmək imkanının olduğunu bildirir.
“İki sahil” xəbər verir ki, maşınını "yol yoldaşı" kimi xarakterizə edən Akkaş indi yeni xəyallar qurur. Antalyada yaşayan Hüseyin Akkaşın karavana çevirdiyi 1998-ci il avtomobilindəki həyatı və səyahət turları sosial mediada böyük diqqət çəkir. Konyaaltı rayonunda yaşayan və bir şirkətdə satış nümayəndəsi kimi çalışan 30 yaşlı Akkaş 18 yaşından etibarən velosipediylə uzun səyahətlərə başlayıb. Gördüyü yerlərin təbiətində qalmağı xəyal edən Akkaş iki il əvvəl 24 min lirəyə bir avtomobil aldı. Səyahət həvəsi sayəsində bu avtomobili rahat bir yaşayış sahəsinə çevirmək üçün araşdırma aparan Akkaş avtomobilin karavan formasında istifadəsi üçün rasional həllər fikirləşdi.
İzləyənlərin marağını cəlb edir
Avtomobilin baqajına mətbəx və soyuducu yerləşdirməyi bacaran və yuxarı hissəsinə çadır quran Akkaş bu işlərə 16 min lirə xərclədi. Tanışları arasında səyyah kimi tanınan Akkaş, səyahət anlarını avtomobilinin adına açdığı sosial media hesablarında paylaşır. Akkaşın getdiyi yerlər də izləyicilərin diqqətini çəkir.
Hüseyin Akkaş “AA” agentliyinə, kiçik yaşlarından etibarən xəyalını qurduğu Türkiyəni gəzmə fikrini, 1998-ci il maşını karavana çevirərək həyata keçirmək fürsəti tapdığını bildirib. Səyahət həvəsinə görə hər zaman yeni xəyalları üçün maşının sükanını sındırdığını deyən Akkaş bir karvana çevridiyi nəqliyyat vasitəsi ilə etdiyi səyahətlərin, həm də pandemiya dövründə bir tətil etməsini təmin edib. Köhnə avtomobillərə olan heyranlığını səyahət həvəsi ilə birləşdirmək xoşbəxtliyini dilə gətirən Akkaş avtomobili adına açdığı sosial media hesabının insanlar tərəfindən maraqla izləndiyini bildirdi.
"Paylaşdığım foto və görüntülü yol hekayələrinə maraq göstərilməsi həvəsimi artırır" deyən Akkas Antalyanın bütün tarixi və gəzməli yerlərini gəzdiyini, bu il Türkiyə turuna hazırlaşdığını deyib: "Mənimlə maşınım arasında görünməz bir əlaqə yarandı. Bir ailə üzvü kimi olduq. Bəzən xarab olur və məni incidir. Hirslənirəm, amma dərhal könlünü ala bilirəm. Maşınımı çox sevirəm. Ona gözüm kimi baxıram. Hər şeyi ilə maraqlanıram." Akkaş evini maşınının üstünə daşımağın rahatlığı ilə gecikməkdən və bir yerdən digər yerə səyahət edərkən qalmaq üçün bir yer axtarmaqdan qorxmadığını sözlərinə əlavə edib.
Vüsal Cahanov, ”İki sahil”