Azərbaycanda dəvələr yüksək məbləğə satışa qoyulub.
"İki sahil"in verdiyi məlumata görə, bu barədə məşhur saytların birində elan yerləşdirilib. Hacıqabulda saxlanılan 4 böyük, 1 bala dəvə nə az, nə çox 20 min manata təklif edilir. Qeyd edək ki, dəvə Azərbaycan coğrafiyasına xas heyvan növü deyil və ölkədə nadir hallarda onlara rast gəlinir.