23 aprel 2021 15:50
1251

Nəfəsinizdən qoxu gəlməyi bilməyin - 7 yolu/FOTO

Tez-tez nəfəsimizin necə iy verdiyini anlamaq çətindir. Əlbətdə ki, başqasından bunu bilməniz heç də yaxşı hal deyil. Bəs nəfəsimizidən iyi gəldiyini necə bilək?

1 - Biləyinizi yalayın və qoxulayın

Biləyinizi yalayın və 5-10 saniyə gözlədikdən sonra iyləyin. Çirkli bir qoxu hiss edirsinizsə,bunun səbəbi dilinizdəki kükürd təbəqəsi ola bilər.

2 - Barmağınızla dilinizə basın

 Barmağınızla dilinizin arxasına bir müddət basın. Barmağınızdakı tüpürcək quruduqdan sonra barmağınızı iyləyin.

3 - Təmiz bir stəkanın içinə nəfəsinizi verin

Təmiz bir stəkan götürün və içinə nəfəs verin. Sonra eyni stəkanı burnunuzun ətrafında gəzdirin. Bunun üçün iysiz bir plastik torbadan da istifadə edə bilərsiniz.

4 - Dilininizi bir parça qazlı bezlə silin

Qazlı bezlə dilinizi sildikdən sonra bezə baxın. Sarı bir rəng görürsənsə, nəfəs də qoxuludur.

5 - Qaşıq istifadə edin

Bir qaşıq ilə dilinizin arxasına sıxını və qaşığı qoxulayın.

6 - Dil təmizləyici istifadə edin

Dilinizi dil təmizləyicinin yarısı ilə təmizləyin və ağ rəng görsəniz demək ki, ağzınızda qida qalığı var. Bu pis qoxuya səbəb olur.

7 - Diş ipindən istifadə edin

Dişlərinizi qoxusuz bir iplə təmizlədikdən sonra diş ipini qoxulayın. Ağızdan gələn qoxuya dişlərinizin arasında qalan yemək də səbəb ola bilər.

Vüsal Cahanov, “İki sahil”