23 aprel 2021 17:38
1372

Ətdən hazırlanan şirniyyat yemisinizmi? Sual maraqlıdır?/FOTO

Bu yazımızda fərqli ölkələrin yemək və adətlərini təqdim edirik.

Heç bilirdinizmi ki, Hollandiyanın sakinləri  pərdələrdən istifadə etmirlər?

Hollandiyada insanlar qonaqpərvər olsalar da, onların özlərinəməxsus qəribəlikləri çoxdur. Onlardan biri də odur ki, burada yaşayan insanlar pərdələrdən istifadə etmirlər. Onların düşüncələrinə görə, yalnız nəyisə gizlədən insan pərdələrdən istifadə etməlidirlər.

 Fransada süd soyudulmur

Fransada satılan süd ultra yüksək temperaturda (UHT) pasterizə olunur, buna görə də onun soyuducuda saxlamaq lazım deyil.

 Nepal bayrağı düzbucaqlı deyil

Dünyada dördbucaq şəklində olmayan bayraq Nepal dövlətinə aiddir.

 Lüksemburqda ictimai nəqliyyat pulsuzdur

Lüksemburqda 2020-ci ildən bəri  ictimai nəqliyyat bütün sakinlər və qonaqlar üçün pulsuz oldu.

 Yaponiyada yaşıl işıqfor mavi kimi görsənir

Yapon dilində "yaşıl"sözü mövcud olmadığından "mavi" sözü həm yaşıl,həm də mavi mənasını ifadə etmək üçün istifadə olunurdu. Buna görə Yaponiya qanunlarında hələ də  bu qanun qalmaqdadır. Məsələn,burada yaşıl işıqforun yerinə mavinin yaşıla bənzəyən  çalarlarından biri  istifadə olunur.

 İtaliyada "Kapuçino"nu ancaq  səhər yeməyi zamanı içirlər

İtalyanlar südü nədənsə səhər yeməyi ilə əlaqələndirirlər. Onlar üçün bütün dünyada tanınan "Kapuçino"da  ənənəvi olaraq səhər içkisi kimi tanınmaqdadır.

 Yaponiyada bəzi küçələrin adı yoxdur

Yaponiyanın fərqli ünvanlama sistemi sayəsində yalnız məhəllələrin adı var.

 Sinqapur paltarları qurutmaq üçün bambuk dirəklərdən istifadə edirlər

Bu ölkədə bambuk dirəklərində asılan paltarları görsəz heç də təəccüblənməyin. Sinqapurda bambuk çox məşhur bitki olduğuna görə bir çox yerlərdə istifadə olunur.

 Taylandda bir binaya daxil olmadan  əvvəl insanlar ayaqqabılarını çıxarırlar

Taylandda çox maraqlı" ayaq etiketi"var. Buna görə,bu ölkədə yaşayan insanlar hər hansı bir binaya daxil olmadan mütləq ayaqqabılarını çıxarırlar və beləliklə təmizliyə riayət etmiş olurlar.

Taylanddakı "ayaq etiketi" ilə əlaqəli şeylərdən biri də küçəyə çirk çıxmaması üçün bir binaya girmədən əvvəl ayaqqabılarınızı çıxarmaqdır.

 Türkiyədə toyuğun döş əti ilə hazırlanan qəribə şirniyyat

Türkiyədə "Tavuk göksü" adlı bir şirniyyat var. Qəribəliyi ilə seçilən bu südlü şirniyyatın içinə toyuğun döş ətini əlavə edirlər. Qeyd edək ki, qəribə  dadı və qoxusu ilə bu şirniyyat hər kəsin zövqünə uyğun olmaya bilər.

Kosta-Rikada küçələrin adı yoxdur

Bəzi küçələrin adları olsa da, lakin onlar nədənsə xəritədə işarə olunmurlar. Bu səbəbdən Kosta Rikadakı küçələr özünəməxsus məşhur məkanlarına görə tanınmaqdadırlar.

Şotlandiyada " Mars" çokoladını qızardaraq yeyirlər

Şotlandiyada yaşayan insanların əksəriyyəti "Mars" şokoladını yağda qızardaraq yeyirlər.Deyilənlərə görə, şotlandlar əllərinə nə keçsə yağla doldurulmuş tavada qızardıb yeməyi sevirlər.Məhz buna  görə də yəqin onlar Avropanın ən kök xalqlarındandılar.

 İsveçlilər adi bir bıçaq əvəzinə "xüsusi bir pendir bıçağını" istifadə edirlər

İsveçlilərin yemək rasionunda pendir xüsusi bir yer tutur. Bunun üçün onlar  pendiri kəsmək üçün özləri tərəfdən icad olunan pendir kəsən bıçaqdan istifadə edirlər.

 Hollandiyada pilləkənlər natarazdır

Belə ki, Hollandiyaya səfər edən insanların sözlərinə görə, burada pilləkənlər çox dik və dar olur.Bir çox əcnəbilər bu tip pilləkənləri sağlamlıq üçün çox təhlükəli hesab edirlər. Qeyd edək ki, Hollandiyada hər santimetrə qənaət etmək üşün bu tip binalar tikilmişdir.

 İtalyan və Yapon  restoranlarında ofisiantlara bəxşiş qoymaq qadağandır

 Çünki burada müştərin ödədiyi  hesaba  ofisiantın  xidmət haqqı da  əlavə edilir. Bu ölkələrdə ofisianta və ya bir taksi sürücüsünə bəxşiş təklif etsəniz,onlar  dərhal artıq pulu götürməyinizi xahiş edəcəklər.

Sinqapurda insanlar  ictimai iaşə müəssisələrində özlərinə mütləq yer tuturlar

Sinqapurlular yemək sifariş etdikdən sonra ayaqüstü qalmamaq üçün əvvəlcədən özlərinə yer tuturlar. Onlar boş masalara yaxınlaşaraq, çətirlərdən tutmuş salfet paketlərinə qədər hər şeyi masanın üstünə qoyurlar. Beləliklə, həmin insanlar özlərinə yer ayırmış olurlar.

 Skandinaviya ölkələrində valideynlər soyuq havalarda övladlarını çöldə yatmağa qoyurlar

Skandinaviya sakinlərinin düşüncələrinə görə,  təmiz havada yuxuya getmək körpə uşaqlar üçün çox faydalıdır. Beləliklə onlar uşaqlarının daha sağlam olacağına inanırlar. Məhz bu səbəbdən bu ölkədə valideynlər körpələrini uşaq arabasında açıq havada yatızdırırlar.

 Cənubi Koreyalılar qırmızı rənglə yazmanın pis bir işarə olduğuna inanırlar

Cənubi Koreyalılar hesab edirlər ki, qırmızı rəngli yazmalar uğursuzluğun bir işarəsidir. Onların düşüncələrinə görə, əgər bir insanın adı qırmızı mürəkkəblə yazılırsa, deməli həmin şəxs ölüb və yaxud yaxın gələkcə ölməlidir.

 Bəzi Şərqi Asiya ölkələrində insanlar pandemiya başlamazdan əvvəl də  maska taxırdılar

Cənubi Koreya kimi ölkələrdə insanlar soyuqdəymə zamanı belə  ətrafdakıların təhlükəsizliyi üçün maska taxırdılar.

 Kolumbiyalılar isti şokolada mütləq pendir əlavə edirlər

Kolumbiyada yaşayan insanların əksəriyyəti  kakao içkisinə  ədviyyatlı pendir parçaları əlavə edərək içirlər. Bu onların ənənəvi içkisi sayılır. Deyilənlərə görə,kakao ilə ədviyyatlı pendirin qarışığı olduqca dadlıdır, amma şübhəsiz ki, hər kəsin zövqünə uyğun olmaya bilər.

Samirə Tağıyeva, "İki sahil"