23 aprel 2021 17:45
1282

Bu xəstəliklərin təbii üsullarla müalicəsi

Ağız qoxusu

Hər hansı bir yığıncaqda və ya  sevdiyiniz insanla baş-başa olduğunuzda, xoşagəlməz ağız qoxusu sizi pis vəziyyətə sala bilər.Belə hallarda  xeyirli bakteriyalardan ibarət olan «Probiotik» məhsullardan istifadə edərək pis bakteriyalarla mübarizə apara bilərsiniz.

Öskürək

Soyuqdəymə səbəbi ilə  meydana gələn öskürəyə qarşı bal mükəmməl  dərman hesab olunur. Bal öskürəyi yüngülləşdirir və sinəni yumşaldır.

İshal

 Bu problemin həllində bananın faydalı olduğu bildirilir.

Burun tutulması

 Bu cür problemi olan insanlara çörəkotunu bir qab suyun içində isidib təkrar qurutmaları tövsiyyə olunur. Qurudulan çörəkotunu toz halına gətirdikdən sonra buruna çəkmək burun tutulmasını aradan götürür.

Qrip

Qripə qarşı qara bibəri, limonu, zəncəfili qarışdırmaqla öskürəyə və qripə təsir edəcək təbii eliksir hazırlamaq olar.

Yuxusuzluq

 Sakitləşdirici çayların, xüsusilə çobanyastığı çayının rahat  yuxu yatmağınıza  kömək etdiyi bildirilir.

Civzələr

 Bir çox qadınlar bu problemdən əziyyət çəkməkdədir. Bu problemi həll edən faydalı məhsullardan biri  çay ağacının yağıdır. Bu yağdan istifadə etsəniz dəriniz hamar və parıltılı olacaq.

Samirə Tağıyeva, "İki sahil"