Son zamanlarda turistlərin marağına səbəb olan tərs evlər əyləncəli quruluşu və görünüşü ilə bütün dünyada trend halına gəlib.
“İki sahil” oxucular üçün dünyanın hər yerindən tərtib etdiyi maraqlı tərs evləri diqqətinizə çatdırır. Kim bilir bəlkə bir gün yolumuz ora düşəcək.
Upside Down -Niagara Şəlaləsi, Ontario
Niagara Şəlaləsinin Kanada tərəfində yerləşən bu ev ərazini cazibə mərkəzinə çevirib.
WonderWorks - Orlando, Florida
WonderWorks daha çox əyləncə mərkəzi kimi tikilmiş tərs bir evdir. Bu ev haqqında xəyal hekayəsi belədir:
Tənha bir adadakı çox gizli bir laboratoriyada professor Wonder bir sınaq üzərində işləyərkən təsadüfən bir qasırğaya səbəb olur və ev adadan uçaraq Floridaya gəlir.
Toppels Haus - Affoldern, Almaniya
2014-cü ildə qapılarını açan Toppels Haus Almaniyanın Affoldern kəndində yerləşir. Dəli Ev olaraq da bilinən bu ev, kiçik bir kafenin yanında yerləşir. Bu evdə bir maşının baş aşağı asılı vəziyyətdə olduğunu da görmək mümkündür.
Baan Teelanka - Phuket, Tailand
Bu üç mərtəbəli tərs quruluşlu tikili Tailandın Phuket adasında yerləşir. Çəhrayı binanın bağçasında labirint, qaçış otağı və qəhvəxana da var.
Top Secret Upside Down White House - Wisconsin Dells, Wisconsin
Əsl Ağ Evin tərs versiyası olan bu ev əsrarəngiz otaqları və tunelləri ilə qorxunc bir əhval yaradır.
Tagurpidi Maja - Tartu, Estoniya
Estoniyanın Tartu qəsəbəsində yerləşən bu evin tərs olması istisna olmaqla bütün görünüşü olduqca adidir.
Kuala Lumpur Upside Down House- Kuala Lumpur, Malayziya
Kuala Lumpurdakı tərs ev, dünyanın yeddinci ən yüksək tikilisi olan Kuala Lumpur qülləsinin yaxınlığında yerləşir. Burada adətən ad günləri və xüsusi ailə toplantıları keçirilir.
Vüsal Cahanov, “İki sahil”