ABŞ –da “Oskar” mükafatının 93-cü təqdimat mərasimi başa çatıb. Bu il mükafatlar “Union Station” vağzalı, “Dolby” teatrı və digər ölkələrin seçilmiş yerlərində təqdim edilib.
Tədbirin əsas hissəsi Los Ancelosda “Union Station” binasında baş tutub. Nominasiyaların sayına görə “Köçərilərin diyarı” filmi lider olub. Filmdə rol alan aktrisa Frensis Makdormand ən yaxşı qadın obrazına görə mükafatlandırılıb.
Film, yeganə gəlir mənbəyini itirən 60 yaşlı dul qadın Fernin başına gələnlərdən bəhs edir. Qadın əşyalarını toplayır və qazanc axtarışı məqsədilə ABŞ-a gedir.
Ən yaxşı animasiya filmi “Ruh” seçilib. Ən orijinal ssenarisinə görə isə “Ümid verən qız” filmi mükafata layiq görülüb. Ən yaxşı uyğunlaşdırılmış ssenarisinə görə “Ata” filmi qiymətləndirilib.
Ən yaxşı kişi nominasiyasının qalibi isə “Ata” filmində rol alan Entoni Hopkins seçilib. İkinci dərəcəli rollar içərisində kişilərdən “İuda və qara Məsih” filmindən Deniel Kaluyaya, qadınlardan “Minari” filmində rol alan Yun E-con mükafat təqdim edilib.
Nubar Süleymanova, “İki sahil”