26 aprel 2021 12:34
1156

Koronavirusun qalıcı təsirlərinə qarşı bu qidaları qəbul edin! - FOTO

COVID-19 xəstələrində çox sayda qalıcı ziyan meydana gələ biləcəyini qeyd edən Fitoterapiya Mütəxəssisi Serhat Koran bu xəstəlikləri təbii şəkildə müalicə etməyin mümkün olduğunu söyləyib. Hər şeydən əvvəl qidalanma, yuxu və idman rejiminə diqqət yetirərək bədənin detoks aspektinin aktivləşdirilməli olduğunu dilə gətirən Koran həm bədəndəki zərərləri, həm də psixoloji problemləri aradan qaldırmaq üçün istehlak edilə bilən yağ və çay qarışıqları haqqında məlumat verib.

Koronavirus xəstələrində baş ağrısı, nəfəs darlığı, ürək döyüntüsü, halsızlıq, qaşınma, dad və qoxu itkisi kimi narahatlıqlar uzun müddət davam edə bilər. Ailə Həkimi və Fitoterapiya Mütəxəssisi Serhat Koran, tibbi ədəbiyyatda “post-COVID-Sindrom” olaraq adlandırılan bu vəziyyəti, təbii olaraq evdə bitki mənşəli bitkilərdən əldə edilə bilən materiallarla müalicə etmək mümkün olduğunu söyləyib.

Bədəni detoks istiqamətində hərəkət etdirin

COVID-19 kimi ağır viruslarla mübarizədən sonra bədənin yuxu, qidalanma və idmana diqqət yetirərək detoks baxımından səfərbər edilməsinin lazım olduğunu qeyd edən Koran "Koronavirus və buna bənzər ağır viruslardan sonra bədəndə ağır metallar, toksinlər, virus qalıqları meydana gəlir. Onları bədəndən çıxarmaq üçün yüksək antioksidan xüsusiyyətləri olan qidaları qəbul etmək lazımdır. Yerkökü, reyhan, qırmızı turp və zəncəfil kimi C və E vitaminləri ilə zəngin olan qidaları qəbul etmək məsləhət görülür. Həmçinin mövsümə uyğun tərəvəz və meyvələri qəbul etmək koronavirusa qarşı faydalı olacaqdır. Bundan başqa, yuxu keyfiyyəti vacib bir məsələdir. Qaranlıq bir mühitdə 7 saatlıq yuxu melatonin hormonunun ifrazını artırır. Bu, hüceyrənin içərisində yığılan toksinlərin təmizlənməsində mühüm rol oynayır. Bunun xaricində balanslı qidalanmaqla, idman edərək siqaret çəkmədən və stresdən uzaqlaşaraq bədəni detoks istiqamətində hərəkətə gətirmək faydalı olar”. Həmçinin, gündə 2-3 litr su içmək lazım olduğunu da vurğulayıb.

Sinə ağrısı, öskürək və qoxu itkisi üçün bunları qəbul edin

Koronavirusdən sonra davam edən narahatlıqlar arasında sinə ağrısı, öskürək və qoxu itkisi olduğunu ifadə edən Koran sinə ağrısı və qoxu itkisini müxtəlif yağlarla aradan qaldırmanın mümkün olduğunu ifadə edib. “Post-COVID-19 sindromunda ağrılı xəstələr çoxdur. Bu ağrıları aradan qaldırmaq və ya azaltmaq üçün Hindistan qozunun yağı, ərik ləpəsi yağı, mixək yağı və ardıc yağı qarışdırılaraq ağrı olan yerlərə çəkilə bilər. Xəstəlikdən sonra ən çox görülən problemlərdən biri də qoxu itkisidir. Bunu aradan qaldırmaq üçün evkalipt yağı, nanə yağı kimi kəskin ətirlər mütəmadi olaraq burun və ya yaxaya tətbiq oluna bilər. Beləliklə, qoxu hüceyrələrini və sinirləri aktivləşdirərək hiss bərpa edilə bilər.”

Öskürək və bəlğəm problemi olanların bitki çaylarını qəbul edə biləcəyini ifadə edən Serhat Koran bəlğəm və öskürək də çox müşahidə olunan şikayətlərdir: “Bəlğəm və öskürəyi aradan qaldırmaq üçün cökə və adaçayı çayını tövsiyə edirik. İtburnu çayı və yaşıl çay da qəbul edilə bilər. Çünki itburnu çayı bədən müqavimətini artıran və çox güclü bir antioksidan xüsusiyyətə sahib bir çaydır. Yaşılçay, eyni zamanda metabolizmanı sürətləndirən bir detoks metodudur. Cəfəri çayı, mate çayı, rooibos çayıda post-COVID sindromunda tövsiyə edə biləcəyimiz çaylar arasındadır. Bu çaylar, bədənin hərəkət etməsini və hüceyrələri təmizləməsini təmin edən çaylardır. Həmçinin boriya yağı və sərv yağını sinəmizə sürtməklə davamlı öskürəkdən də qurtula bilərik.”

Narahatlıq və yuxusuzluğa qarşı rahatladıcı çaylar qəbul edin

S.Koran ağır COVID-19 xəstələrinin həm xəstəlik zamanı, həm də sonrasında psixoloji problemlər yaşaya biləcəyini diqqətə çatdırıb: “Koronavirus sonrası stress, narahatlıq, yuxusuzluq kimi psixoloji problemlər də yaşana bilər. Bu mənada çobanyastığı çayı və şüyüd çayı qəbul edilə bilər. Duş qəbul edərkən hamamdakı suya şüyüd çayı da əlavə etmək olar. Bunun xaricində vetiver və berqamot yağlarına üstünlük verilə bilər. Bu yağların rahatlaşdırıcı təsiri var.”

Sevinc Rüstəmova,

BSU-nun IV kurs tələbəsi