26 aprel 2021 12:41
890

Anar Hüseynov nazirlikdə şöbə müdiri təyin edildi

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynov işdən çıxıb.

“İki sahil”  xəbər verir ki, bu vəzifə Fəda Abbasova həvalə edilib.

Anar Hüseynov rotasiya qaydasında nazirliyin mərkəzi aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri təyin edilib.

Xatırladaq ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 min manatdır.