26 aprel 2021 13:35
705

40 gün 40 gecə mağarada qaldılar - FOTO

Fransada 15 könüllü elmi bir sınaq üçün 40 gün 40 gecə Lombrives mağarasında yaşadı.

“İki sahil” xəbər verir ki, bunun səbəbi insanın təcrid olunmağa uyğunlaşmasını araşdırmaq məqsədi daşıyır. 40 gün qaranlıq və nəmli bir yerdə qalan səkkiz kişi və yeddi qadın bir gün əvvəl işığa çıxıblar. Solğun üzlərindəki təbəssümlə Lombrives mağarasından ayrılan 15 nəfər alqışlarla qarşılanarkən, gözlərini günəş işığından qorumaq üçün xüsusi eynək taxmışdılar. Qrup 40 gün 40 gecə zaman anlayışı olmadan mağarada yaşadı və ətrafı araşdırdı. İstiliyin 10 dərəcə olduğu mağarada nə zamanın olduğu məlum deyildi, nə də gündüz işığı yox idi. Mağaranın sakinləri xarici aləmlə heç bir əlaqə qurmadılar.

Özünütəcrid sınağı

1,2 milyon avroluq “Deep Time” (Dərin Zaman) adlı layihəni həyata keçirən İnsan Uyğunlaşma İnstitutunun alimləri təcrübə sayəsində insanların ətraf mühit şərtlərindəki dəyişikliklərə necə uyğunlaşdıqlarını anlamağa kömək edəcəklərini ifadə etdilər. Tədqiqatçılar sensorlar vasitəsilə mağaradakı 15 nəfərlik qrupun yuxu rejimlərini, sosial qarşılıqlı təsirlərini və davranışlarını müşahidə etdilər. Sensorlardan biri iştirakçıların həb kimi udduğu içində mini termometr olan bir kapsul idi. Bu kapsullar təbii yolla xaric olana qədər könüllülərin bədən istiliyini ölçür və məlumatları bir kompüterə göndərir.

Vüsal Cahanov, “İki sahil”